Futbol üzrə İngiltərə Premyer Liqasında XXX tura start verilib.
Teleqraf.com xəbər verir ki, turun açılış matçında “Çelsi” doğma azarkeşlər önündə autsayder “Vest Bromviç”lə qarşılaşıb. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 27-ci dəqiqədə Kristian Pulişiç açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2 və 4-cü dəqiqələrdə fərqlənən Mateus Pereyra qonaqları önə keçirib. Matçın 63-cü dəqiqəsində Kallum Robinson fərqi iki topa çatdırıb. Beş dəqiqə sonra Mbaye Dianye 4-cü topu "Çelsi"nin qapısından keçirib. Qarşılaşmanın 71-ci dəqiqəsində Meyson Maunt buraxılan qollardan birinin əvəzini çıxsa da, görüşdə son nöqtəni 90-cı dəqiqədə Robinson qoyub.
Bu, London klubunun baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında ilk məğlubiyyəti olub. Beləliklə, "zadəganlar"ın 14 oyunluq məğlubedilməzlik seriyası qırılıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Vest Bromviç" 19-cı pillədə qalıb. 49 xalı olan "Çelsi" isə 4-cü sırada qərarlaşıb.