Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, son gündə final çıxışları baş tutacaq.
Azərbaycan gümnastlarından Zöhrə Ağamirova lentlə hərəkətlərdə medal uğrunda mübarizə aparacaq.
Bundan başqa, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət komandanı iki final çıxışı gözləyir. Kollektiv 5 top, həmçinin 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində qüvvəsini sınayacaq.
Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda ümumi sıralamanı ilk 3 pillədə bitirən bədii gimnastlar lisenziya əldə edəcək.