9 May 22:14
264

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə İspaniya Qran Prisinin qalibi olub.

Teleqraf.com xəbər verir ki, yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.

Qeyd edək ki, "Formula-1"-in növbəti mərhələsi 20-23 may tarixlərində Monakoda təşkil ediləcək.


Müəllif: Teleqraf.com