19 İyun 2021 19:14
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Teleqraf.com xəbər verir ki, II turun son oyun gününə start verilib.

Günün ilk qarşılaşması Budapeştdə baş tutub. Yerli Macarıstan yığması son dünya çempionu Fransanı qəbul edib.

İlk turda Portuqaliyaya 0:3 hesabı ilə uduzan Marko Rossinin yetirmələri matçın ilk yarısında etibarlı müdafiə olunub və fasilə ərəfəsində hesabı açıb. Didye Deşamın yetirmələri yalnız ikinci hissənin ortalarında bərabərlik qoluna imza atıb. Antuan Qrizmann komandasını məğlubiyyətdən xilas edib. Xal itkisindən qaça bilməyən Fransa heç-heçə ilə turnir cədvəlində liderliyə yüksəlib. Meydan sahibləri isə “Ölüm qrupu”nda ilk xalını alıb.

Qeyd edək ki, qrupun II turdakı digər matçı Münhendə təşkil olunacaq. Almaniya son Avropa çempionu Portuqaliya ilə üz-üzə gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər