AFFA-nın bir qrup əməkdaşı və Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan bir neçə hakim könüllülük prinsipi əsasında koronavirus əleyhinə vaksinasiya prosesində iştirak edib.
Teleqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, həmin kateqoriyadan olan şəxslərə müvafiq vaksinin birinci dozası vurulub.