5 Noyabr 2014 23:10
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldoya "Qızıl buts" mükafatı təqdim olunub.

Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, mükafat Avropa çempionatlarının ən yaxşı bombardirinə verilir.

K.Ronaldo mükafatı "Barselona"nın hucumçusu Luis Suareslə bölüşməli olub. Çünki hər iki futbolçu bir mövsümdə 31 qol vurub.

Qeyd edək ki, Ronaldo daha əvvəl iki dəfə "Qızıl buts"a layiq görülmüşdü. 2008-ci ildə "Mançester Yunayted"in heyətində, 2011-ci ildə isə Madrid "Real"ında adıçəkilən mükafat portuqaliyalı futbolçuya təqdim olunmuşdu.


Müəllif: