17 İyul 2021 21:06
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək.

Teleqraf.com xəbər verir ki, iyulun 25-dək davam edəcək mundialın ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Məsul yarışda Azərbaycanı təmsil edəcək yığma bu gün Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər