“Bakıda “Qarabağ”ın qonağı olacaq “Dnepr”in işi çox çətindir”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun sabiq futbolçusu Yuri Benyo deyib.
Avropa Liqasında çıxışını davam etdirən Ukrayna klublarının sabahkı oyunları ilə bağlı fikirlərini açıqlayan veteran “Qarabağ”la görüşəcək “Dnepr”in də şanslarına toxunub: “Mən elə ilk gündən demişdim ki, “Qarabağ” pis komanda deyil. Bu klub səviyyəli futbolçulara malikdir. Orada yaxşı legionerlər var. Əgər “Dnepr” Bakıda heç-heçə etsə, məncə, bu, artıq yaxşı nəticə olar”.
Qeyd edək ki, “Qarabağ” sabah üz-üzə gələcəyi “Dnepr”i Kiyevdəki ilk matçda 1:0 hesabı ilə məğlub etmişdi.