23 Sentyabr 2021 00:11
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” komandası üzərində inamlı qələbə qazanıb. Belə ki, şahmatçılarımızdan 5-i (Rauf Məmmədov, Kiril Şevçenko, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Murad İbrahimli) qarşılaşmasını qələbə ilə başa vurub, yalnız 1 heç-heçə (Aydın Süleymanlı) qeydə alınıb.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər