"Rizespor"un yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Superliqa təmsilçisini Hamza Hamzaoğlu çalışdıracaq. Onunla 1+1 illik müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis istefaya göndərilən Bülent Uygunu əvəzləyib.
Qeyd edək ki, H.Hamzaoğlunun son klubu "Kayserispor" olub.