16 Oktyabr 2021 23:52
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə cüdoçularımız 2 medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, Azərbaycan medal qazanan ölkələr arasında bu nəticə ilə ikinci sırada qərarlaşıb. Yaponiya (4 qızıl, 1 gümüş medal) birinci, İsrail (1 qızıl medal) üçüncü pillədədir.

Qeyd edək ki, cüdoçumuz Balabəy Ağayev (60 kq) “Böyük dəbilqə” turnirinin qalibi olub. Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə Azərbaycanı 9 cüdoçu təmsil edir. Yarışda 46 ölkədən 283 cüdoçu iştirak edir.


Müəllif: Teleqraf.com