22 Oktyabr 2021 20:56
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının Prezidenti, V dan qara kəmər sahibi Abbas Hünbətovun barəsində Beynəlxalq Federasiyaya və digər xarici nümayindəliklərə şikayət ünvanlanıb.

Şikayət idmançı Məqami Bayramov tərəfindən ünvanlanıb. O, şiakyətində Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasında özbaşnalığın olduğunu, sertifikatların pulla satıldığını, federasiyada ümumi yığəncağın keçirilmədiyini bildirib.

Sindo-ryu və Pençak Silat Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Məqami Bayramov Abbas Hünbətovun tələbəsi olub: "Abbas müəllim Məqamiyə 15 il təmənnasız dərs keçməklə yanaşı daxili və xarici yarışlarda, seminarlarda xərclərini özü ödəyib. Məqami Bayramov 2016-cı ilə qədər həm yığma komandanın üzvü, həm də Federasiyada gənclər üzrə baş məşqçi olub.2016-cı ildən Rusiya vətəndaşlığını qəbul edib və Rusiya yığma komandasının üzvü olub.

2017-ci ildə Bakıda keçirilən Avropa çempionatında Rusiyanı təmsil edib və 2-ci yerə layiq görülüb. Belə qənaətə gəlmək olar ki, Məqami Bayramov kimlərinsə məqsədyönlü niyyətinin həyata keçirilməsi üçün Federasiya daxilində pozuculuq işləri aparmağa başlayib və Federasiyanın nizamnaməsinə qarşı çıxır".

Qeyd edək ki, Sindo-ryu və Pençak Silat Federasiyası 1997-ci ildə "Sindo-ryu" adı altında rəsmi Dövlət qeydiyyatına alınıb. 1997-2005-ci illərdə Federasiyanın Prezidenti Hünbətov Abbas təyin edilib. 2005-ci ildən Federasiyanın Prezidenti iş adamı, professor İlham Rəhimov olub və Hünbətov Abbas Federasiyanın vitse-prezidenti təyin olunub. 2009-cu ildə Federasiyanın adı dəyişərək "Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası" kimi qeydiyyata alınıb. 2021-ci ildən etibarən İlham Rəhimov Federasiyanın Prezidenti vəzifəsindən istefa verib və Prezidentliyə Hünbətov Abbasın namizədliyini təklif edib.
Federasiyanın Prezidenti Abbas Hünbətov müxtəlif döyüş növləri üzrə yüksək nəaliyyətlər qazanaraq V dan qara kəmərə sahib olub. 2001-ci ildə kişilər arasında Dünya çempionu, 2017-ci ildə yaşlılar arasında Avropa çempionu adını qazanan Hünbətov Abbasın tələbələri arasında Dünya, Avropa çempionları Azərbaycan bayrağını Beynəlxalq yarışlarda yüksəklərə qaldırıblar.


Müəllif: Teleqraf.com