21 Noyabr 2021 00:57
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün VIII turun görüşlərini keçiriblər.

Teleqraf.com xəbər verir ki, kişilərdən ibarət komanda Ukrayna yığması ilə qarşılaşıb. Oyun heç-heçə ilə yekunlaşıb - 2:2. Heyət üzvlərinin hamısı - Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasov rəqibləri ilə "sülh"ə razılaşıblar.

Qadınlardan ibarət kollektiv isə Macarıstanla üz-üzə gəlib. Bu oyunda da eyni hesab qeydə alınıb. Heyət üzvlərindən Gövhər Beydullayeva görüşünü qələbə ilə bitirsə də, Xanım Balacayeva məğlubiyyətlə üzləşib. İlk 2 lövhədəki Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Bu nəticədən sonra Azərbaycan 10 xalla 4-cü pillədə qərarlaşıb. Polşa, Ukrayna, Fransa, Niderland, Macarıstan və Yunanıstan da eyni xala malikdir. Bu komandaların hamısı son tur öncəsi qızıl və gümüş medal şanslarını itiriblər. Onlar həlledici turda yalnız bürünc medal uğrunda mübarizə aparacaqlar.


Müəllif: Teleqraf.com