21 Noyabr 2021 20:14

Rusiya komandası Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının çoxnövçülük üzrə komanda yarışlarında qızıl medal qazanıblar.

Teleqraf.com-un məlumatına görə, ikinci yeri ABŞ komandası, üçüncü yeri isə Böyük Britaniya komandası tutub.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.


Müəllif: Teleqraf.com