"France Football" nəşrinin təsis etdiyi 2021-ci ilin ən yaxşı gənc futbolçusu nominasiyası üzrə qalib müəyyənləşib.
Teleqraf.com-un məlumatına görə, mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Pedri layiq görülüb.
2-ci yeri Almaniyanın "Borussiya" (Dortmund) klubunun ingiltərəli oyunçusu Cud Bellingem, 3-cü yeri isə həmin ölkənin digər təmsilçisi olan "Bavariya"nın vingeri Camal Musiala tutub.