Fransanın "Reyms" klubunun baş məşqçisi Oskar Qarsiya koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, ispaniyalı mütəxəssislə yanaşı, köməkçisi Ruben Martinesdə də infeksiya aşkarlanıb.
Hər iki şəxs təcrid olunub. Bildirilib ki, onların həyatı üçün hər hansı təhlükə yoxdur. Komandanın digər üzvlərindən götürülmüş analiz nümunələri isə mənfi çıxıb.
Qeyd edək ki, "Reyms" klubu hazırda 16 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb.