22 Noyabr 2014 18:02
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın və Argentina yığmasının hücumçusu Leonel Messi vergiləri ödəmədiyinə görə həbs edilə bilər.

Bu barədə Trend “The Guardian” qəzetinə istinadən xəbər verir.

Qəzet vəziyyətlə tanış olan mənbəyə istinadən yazır: “Vergilərlə bağlı problemləri olan digər məşhur futbolçular da olub. Məsələn, Xabi Alonso, İker Kasilyas və Rafael Nadal. Lakin Messi məhkəmənin barəsində iş açdığı yeganə futbolçudur, o, həbsxanaya düşə bilər”.

Eyni zamanda, xəbər verilir ki, Messi bir il ərzində İspaniya xəzinəsinə 52 milyon avroya yaxın vəsait ödəyib. Məhkəmə araşdırmasına görə argentinalı başqa komandaya keçmək istəyir. Öz növbəsində, “Barselona” onu 2016-cı ilin yayında “satmaq” istəyirdi.

Habelə “Guardian” iddia edir ki, Messinin izlənməsi İspaniya hökumətinin Katoloniyaya qarşı siyasətinin tərkib hissəsi ola bilər. Çünki Madridin "Real" klubunun oyunçularının iştirakı ilə bütün belə hadisələr məhkəməyə qədər yoluna qoyulur və yalnız "Barselona" futbolçusuna cinayət işi açılıb. Mənbə deyib: "Messi ikili standartların qurbanı oldu”.


Müəllif:

Oxşar xəbərlər