“Mançester Siti” futbol klubu İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Aston Villa”nı 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Teleqraf.com xəbər verir ki, görüş Mançesterdə keçirilib.
"Mançester Siti"nin heyətində qollar İlkay Gündoğan (76 və 81-ci dəqiqə) və Rodri (78) vurub. "Aston Villa" heyətində Metti Keş (37) və Felipe Koutinyo (69) fərqləniblər.
"Mançester Siti" 93 xal toplayaraq səkkizinci dəfə İngiltərə çempionu oldu.