19 İyun 2022 02:06
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir.

Teleqraf.com xəbər verir ki, Əlireza Firuzca (Fransa) ilə ilk heç-heçədən sonra Rəcəbov ikinci mərhələdə Hikaru Nakamura (ABŞ) ilə qarşılaşıb.

Oyun 75 gediş davam edib və bundan sonra Rəcəbov məğlubiyyətlə barışıb.

İki dövrəlik yarışda səkkiz qrossmeyster dünya tacı uğrunda görüşdə oynamaq hüququ uğrunda mübarizə aparır.

Qeyd edək ki, azərbaycanlı qrossmeysterin 0,5 xalı var.


Müəllif: Teleqraf.com