5 İyul 2022 00:55
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib.

Görüş 33-cü gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.


Müəllif: Teleqraf.com