8 Avqust 2022 19:11
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.

Teleqraf.com-un məlumatına görə, B qrupunda yer alan yığma ilk görüşündə Seneqal seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu komandanın 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com