"Neftçi" öz meydanında "Sumqayıt"ı böyük hesabla məğlub edib (3:0)
Teleqraf.com xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Ağ-qaralar"dan qolları 19-cu dəqiqədə Ataa Caber, 55-ci dəqiqədə penaltidən Emin Mahmudov və 77-ci dəqiqədə Rəhman Hacıyev vurub.
Bu qələbədən sonra paytaxt klubu xalını 12-yə çatdıraraq 3-cü pilləyə yüksəlib. Hazırda "Qarabağ" və "Sabah" da "Neftçi" ilə eyni xala malikdir.