"Arsenal"ın futbolçusu Aleksis Sançes Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Qalatasaray"a qarşı oynamayacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger deyib. Bildirib ki, çilili oyunçu cari mövsüm çox matçda oynadığı üçün ona istirahət verəcək.
Qeyd edək ki, A.Sançes avqust ayından indiyə kimi millinin oyunları da daxil olmaqla, 27 qarşılaşmada meydanda olub.