İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.
Publika.az xəbər verir ki, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan və bu mövsüm əla təsir bağışlayan "Sautqempton" heç də sabit oyun sərgiləməyən "Mançester Yunayted"i qəbul edib.
12-ci dəqiqədə müdafiəçinin kobud səhvi ev sahiblərinə baha başa gəlib. Qapıçıyla üz-üzə qalan Van Persi hesabı açıb. Lakin ev sahibləri fasiləyə qədər bərabərlik qolunu vurub. Pelle fərqlənərək status-kvonu bərpa edib. İkinci hissədə üstün oyun sərgiləyən “Qırmızı şeytanlar” 71-ci dəqiqədə istəklərinə çatıblar. Bu dəfə də səhnəyə Van Persi çıxıb.
İngiltərə Premyer Liqası, 15-ci tur
Sautqempton - Mançester Yunayted 1:2
Pelle, 31 - Van Persi, 12; 71.