“Mançester Yunayted”in ulduz futbolçusu Kriştiano Ronaldu klubda iki həftəlik əmək haqqı məbləğində cəzalandırılacaq.
Teleqraf.com xəbər verir ki, bu, portuqaliyalının “Tottenhem”lə oyunda etdiyi hərəkətlə əlaqələndirilir.
Ronaldu matç vaxtı ehtiyat oyunçular skamyasından erkən ayrılıb.
Bundan sonra futbolçu özbaşına paltardəyişmə otağını tərk edib və “Old Trafford” stadionunun ərazisindən uzaqlaşıb.
37 yaşlı hücumçu 720 min avro cərimələnəcək.