2 Noyabr 2022 12:06
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hələ kimin oynaması barədə heç nə demək istəmirəm".

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis hər bir oyunçuya bu görüşdə şans verə biləcəyini söyləyib: "Qapıçı mövqeyində də dəyişiklik ola bilər. Azərbaycanda heç vaxt olmamışam. Buraya getdiyim üçün çox sevinirəm. Bakıdakı matçda qalib gəlmək istəyirik".

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər