2022-ci il Dünya çempionatı oyunlara əlavə olunan dəqiqələrə görə artıq rekord qırıb.
Teleqraf.com xəbər verir ki, dünən İngiltərə və İran yığmalarının qarşılaşmasında 29 dəqiqə əlavə vaxt oynanılıb. Hollandiya və Seneqal oyuna 14, ABŞ-Uels qarşılaşması isə 16 dəqiqə artırılıb.
FİFA-nın hakimlər komitəsinin sədri Pierluici Kollina qeyd edib ki, bu barədə bütün hakimlərə tapşırıq verilib: "Hər bir hakimə topun oyunda olmadığı dəqiqələrə görə oyuna əlavə vaxt ayrılması barədə tapşırıq vermişik. Əvəzetmələr, penaltilər, tibbi müdaxilələr, VAR-a sərf olunan vaxt nəzərə alınacaq"
Kollinanın sözlərinə görə, hər qolun sevincinə təxminən 1-2 dəqiqə vaxt sərf olunur:
"Əsas məqsədimiz oyunda itirilən vaxtı düzgün hesablamaqdır. Bunu 4-cü hakimlər edə bilər. Rusiyada bu, uğurlu alınmışdı, eynisini Qətərdə də davam etdirmək istəyirik".