Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
İki kollektiv E qrupunun son turunda üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.
Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.
53-cü dəqiqədə Ao Tanaka Asiya təmsilçisini önə keçirib - 2:1.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.
Asiya təmsilçisi 48-ci dəqiqədə Ritsu Doanın vurduğu qolla tarazlığı bərpa edib - 1:1.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda ilk qol vurulub.
12-ci dəqiqədə Avropa təmsilçisindən Alvaro Morata hesabı açıb.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
***
Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo
İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, Niko Uilyams
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.