Argentina millisinin futbolçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb.
Teleqraf.com-un məlumatına görə, 35 yaşlı hücumçunun yubileyi Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə 1/8 final mərhələsinin matçına təsadüf edib.
Təcrübəli forvard İspaniya "Barselona"sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub.
Qeyd edək ki, Argentina - Avstraliya qarşılaşmasında hələlik hesab açılmayıb.