15 Dekabr 2014 16:05
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı.

Teleqraf.com-un məlumatına görə, mərasim İsveçrənin Nyon şəhərində keçirilib.

Nəticəyə əsasən, 1/8 finalın bütün cütlükləri müəyyənləşib:

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya)

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)

"Bazel"(İsveçrə) - "Portu" (Portuqaliya)

Reqlamentə əsasən, 1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri ilə üz-üzə gələcək. Lakin bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klublar qarşılaşa bilməzlər.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17-18 və 24-25 fevralda, cavab görüşləri isə 10-11 və 17-18 mart tarixlərində keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər