20 Dekabr 2022 23:56
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 20 futbolçu yer alıb.

Namizədlər oyunçuların il ərzindəki göstəricilərinə əsasən seçilib. Qətərdə keçirilən dünya çempionatı da nəzərə alınıb. Qalib 2023-cü ilin yanvarında səsvermə nəticəsində bəlli olacaq.

Xatırladaq ki, 2021-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski seçilib.

Kilian Mbappe (Fransa, PSJ)
Antuan Qrizmann (Fransa, “Atletiko”)
Olivye Jiru (Fransa, “Milan”)
Kərim Benzema (Fransa, “Real”)
Luka Modriç (Xorvatiya, “Real”)
Marselo Brozoviç (Xorvatiya, “İnter”)
Fil Foden (İngiltərə, “Mançester Siti”)
Harri Keyn (İngiltərə, “Tottenhem”)
Bruno Fernandeş (Portuqaliya, “Mançester Yunayted”)
Kevin De Bruyne (Belçika, “Mançester Siti”)
Robert Levandovski (Polşa, “Bayern”/“Barselona”)
Erlinq Haland (Norveç, “Borussiya”/“Mançester Siti”)
Lionel Messi (Argentina, PSJ)
Vinisius Junior (Braziliya, “Real”)
Alfonso Deyvis (Kanada, “Bayern”)
Əşrəf Hakimi (Mərakeş, PSJ)
Nordin Amrabat (Mərakeş, “Fiorentina”)
Sadio Mane (Seneqal, “Liverpul”/“Bayern”)
Məhəmməd Salah (Misir, “Liverpul”)
Son Hın Min (Cənubi Koreya, “Tottenhem”)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər