15 Yanvar 2023 08:36
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real Madrid"in hücumçusu Kərim Benzema portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə münasibətindən danışıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo "Real Madrid"in Səudiyyə Ərəbistanında məşqində iştirak edib. Madrid komandasının futbolçuları portuqaliyalı ilə foto çəkdirsələr də, Benzema fotosessiyada iştirakdan imtina edib.

“Dost olduğumuzu göstərmək üçün fotoya ehtiyacımız yoxdur. O orada idi, amma mənim vaxtım yox idi. Ümid edirəm ki, onu daha sonra görüb danışa biləcəyəm”, - Benzema bildirib.

Qeyd edək ki, yanvarın 2-də 37 yaşlı Ronaldo ildə 200 milyon avro alacağı müqaviləyə əsasən "Əl-Nasr"ın oyunçusu oldu.

Yanvarın 3-də o, klub oyunçusu kimi rəsmən təqdim olunub.

Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da mövcuddur. Belə ki, Ronoldo dəbdəbəli malikanədə yaşayacaq, həmçinin Portuqaliya və İspaniyaya uçuşlar üçün bir təyyarəsi olacaq.


Müəllif: Pərvin Cəfərova