Futbol ulduzu Zlatan İbarhimoviç İsveçin bütün tarixi boyu ikinci ən böyük idmançısı seçilib.
Sorğunu Dagens Nyheter qəzeti keçirib.
İbrahimoviç isə ikinci yerə sevinmir. O, deyib ki, finişə ikinci gəlmək axırıncı olmaqdır.
Sorğuda birinci yeri isə əfsanəvi tennis çempionu Bjorn Borq tutub. Borq 11 Böyük Dəbilqə yarışlarını udub. 1979-1981-ci illərdə 109 həftə dalbadal dünya tennis reytinqinə başçılıq edib.
İbrahimoviç Borq “canlı əfsanə” olub deyərək məğlubiyyətini etiraf edib./anspress/