Almaniya millisinin sabiq futbolçusu Mesut Özil karyerasını başa vurduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tvitter hesabında paylaşım edib.
"Uzun zamandır düşündükdən sonra futbolu tərk etdiyimi elan edirəm. 17 il peşəkar futbolçu olmaq bir fərqlilik idi. Son həftələr və aylarda uzunmüddətli zədələrim oldu. Karyeramı bitirməyin zamanı gəldiyini hiss etdim", - ulduz futbolçu qeyd edib.
Xatırladaq ki, Mesut Özil Türkiyədə "Başakşehir", "Fənərbağça", Almaniya "Şalke", "Verder" İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib.
O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.