24 Mart 2023 09:00
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin ulduz futbolçusu Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.

Teleqraf.com xəbər verir ki, 36 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənib.

Təcrübəli forvard 89-cu dəqiqədə komandasının sonuncu qoluna imza atıb. 78-ci dəqiqədə Tyaqo Almada hesabı açıb.

Hazırda Fransa PSJ-sində çıxış edən hücumçu klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. Komandanın bombardiri 2022-ci ildə Qətərdəki dünya çempionatında qızıl medal qazanıb və mundialın ən yaxşı oyunçusu seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər