21 May 2023 18:52
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında beş halqa ilə final yarışında birinci olub.

Teleqraf.com xəbər verir ki, israilli gimnastların çıxışı 35,800 xalla qiymətləndirilib. Bolqarıstan komandası 35,250 xalla yarışı ikinci, İtaliya kollektivi isə 34,950 xalla üçüncü pillədə başa vurublar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət Azərbaycan komandası 32,800 xalla səkkizinci yeri tutub.


Müəllif: Teleqraf.com