28 May 2023 01:50
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bundesliqa"nın son turunda dramatik şəkildə çempionluğu qeyd edən "Bavariya", komandanın baş direktoru Oliver Kan və idman direktoru Hasan Salihamidziçlə yollarını ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Oliver Kanla yollarımızı ayırmaq çətin qərar idi. Lakin, hadisələrin gedişatına əsaslanaraq idarə heyətinin yenidən qurulmasına ehtiyac olduğuna qərar verdik", - rəsmi açıqlamada deyilir.

Klub həmçinin Oliver Kan və Hasan Salihamidziçə çempionluq mərasiminə qatılmağa icazə verməyib.

2021-ci ildən Mühxen təmsilçisində çalışan Oliveri Kanı Yan-Krsitan Drisin əvəzləyəcək.

Qeyd edək ki, Oliver Kann və Hasan Salihamidziç klubun keçmiş baş məşqçisi Yulian Nagelsmannın göndərilməsində əsas adları hallanan şəxslər idi.


Müəllif: Cabbar