2023/2024 mövsümündə azərbaycanlı bir futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq.
Teleqraf.com xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu barədə qərar qəbul edib.
Bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçu hansısa klubda legioner sayılmayacaq.
Qeyd edək ki, Superliqada yeni mövsüm avqustun 11-də başlayacaq. Daha əvvəl çempionatdakı komandalara 14 legionerlə çıxış etməyə icazə verilib.//Report