Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, yığma yarımfinalda Qazaxıstanla qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Elşad Quliyevin başçılıq etdiyi komandadan hər iki qolu Eşqin Tağıyev vurub.
Bu nəticədən sonra Qazaxıstan yığması finala yüksəlib. Azərbaycan millisi isə bürünc medal uğrunda mübarizə aparacaq.