"Real"ın futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İspaniya La Liqasında "Hetafe"yə qarşı matçda dubl edən portuqaliyalı hücumçu səfərdə vurduğu qolların sayını 89-a yüksəldib. Bununla da o, bu göstəricidə Raul Qonzalesi (87 qol) geridə qoyaraq ilk pillənin sahibi olub.
Ronaldo bu oyunla La Liqa tarixinin ilk yarısında ən çox qol vuran "Barselona"nın futbolçusu Lionel Messinin rekordunu da təkrarlayıb. Argentinalı hücumçu 2012/2013 mövsümündə 19 matça 28 qol vurmuşdu.
Qeyd edək ki, "Hetafe" - "Real" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.