7 Dekabr 2023 20:13
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya çempionatında yüksək liqadan düşən “Santos”un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

Teleqraf.com xəbər verir ki, hadisə “Santos”un çempionatın son turunda “Fortaleza”ya məğlub olduğunu (1:2) matçdan sonra baş verib.

Məlumata görə, baş verən iğtişaşlarda stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Hadisə yerinə helikopterlər və hərbi polis cəlb edilib.

Xatırladaq ki, dünya futbolunun əfsanəsi Pelenin klubu kimi tanınan “Santos” mövsümü 17-ci pillədə başa vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər