1 Fevral 01:28
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Teleqraf.com xəbər verir ki, 1/4 finala son vəsiqə uğrunda İran və Suriya yığmaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 başa çatan matç penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan iranlılar növbəti raunda vəsiqə qazanıblar - 5:3.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər, Özbəkistan, Cənubi Koreya və Yaponiya milliləri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.


Müəllif: Teleqraf.com