18 Fevral 11:25
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanan Azərbaycanın qadın güləşçiləri Vətənə qayıdıblar.

Teleqraf.com xəbər verir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Qeyd edək ki, Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan millimiz medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.

Komandamız 10 çəkidən yalnız 5-ində təmsil olunub. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) isə bürün mükafat qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər