Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, "pley-off"da "Braqa" (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan "Qarabağ" da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Bu mərhələdə "pley-off"un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış "Bayer" də (Almaniya) var.
Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:
"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
"Brayton" (İngiltərə)
"Vest Hem" (İngiltərə)
"Vilyareal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Slaviya" (Çexiya)