14 May 2014 11:20
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubu dünən keçirdiyi mərasimlə Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümündə əldə etdiyi çempionluğu bayram edib.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qarabağ” haqqında maraqlı açıqlama verib. R. Musayev qələbə münasibətilə bütün heyəti təbrik etdikdən sonra üzünü klubun prezidenti Tahir Gözələ tutub: “Qarabağ bu il layiqli çempionluq əldə etdi. Bu münasibətlə hər kəsi təbrik edirəm. AFFA-ya Rövnəq Abdullayev başçılıq edəndən sonra bütün çempionlar ədalətli şəkildə birinci olublar. Heç bir kluba digərindən ayrı münasibət göstərilmir. “Qarabağ” ölkə çempionu oldu. Lakin məsələ bununla bitmir. İndi qarşıda Avropa var. Gərək avrokuboklarda da uğurlu çıxış göstərilsin. Bunun üçün də “Qarabağ”ın prezidenti “tərləməlidir”. Yəni Qurban müəllimə transfer məsələsində yaxından kömək etməlidir” /qafqazinfo/


Müəllif: