20 İyun 01:00
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabian Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında hesab bərabərləşib.

Teleqraf.com xəbər verir ki, 26-cı Cerdan Şakiri şotlandların qapısına yol tapıb - 1:1.

Qarşılaşma davam edir.

23:24

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 13-cü dəqiqədə şotlandlar hesabda önə çıxıb.

İsveçrəlilərin heyətində Fabian Şer avtoqol müəllifi olub.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində günün son matçı start götürüb.

A qrupunun görüşündə Şotlandiya İsveçrə ilə qarşılaşır.

Oyunu slovakiyalı İvan Krujlyak idarə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər