30 İyun 22:37
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avro-2024-də 1/8 final mərhələsi davam edir.

Teleqraf.com xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.

Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Oyunda hesabı Slovakiya açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. İngiltərə millisi əlacı vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.

22:06

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxtda İngiltərə hesabda irəli çıxıb.

Teleqraf.com xəbər verir ki, əlavə vaxtın ilk dəqiqəsində komandasını hesabda önə çıxarıb.

Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib. Slovakiya yığmasından İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

21:55

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxt oynanılacaq.

Teleqraf.com xəbər verir ki, Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib.

Slovakiya millisinindən İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

21:00

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, İvan Şrants 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

20:00

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər