1 İyul 00:51
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olmo 83-cü dəqiqədə ispanların dördüncü qolunun müəllifi oldu: 4-1.

00:34

Nikol Uiliyams 75-ci dəqiqədə İspaniyanın üçüncü qoluna imza atdı: 3-1.

00:10

Fabian Ruis görüşün 51-ci dəqiqəsində İspaniyanın ikinci qolunu vurdu: 2-1.

23:41

İspaniya millisinin Rodri 39-cu dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

23:20

İspaniya millisinin üzvü Normand matçın 18-ci dəqiqəsində avtoqol müəllifi oldu: 0-1.

23:00

Avro-2024-də 1/8 final mərhələsi davam edir.

İspaniya yığmasının turnirin debütantı Gürcüstan millisi ilə oyunu başlayıb.

"Rayn-Energi” stadionunda keçirilən oyunu fransalı referi Fransua Letekse idarə edir.

Bu görüş isə Bakı vaxtı ilə saat 23:00-da start götürüb.


Müəllif: Teleqraf.com