Argentinanın idman nazirinin müavini Xulio Qarro işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Xulio Qarro milli komandanın kapitanı Lionel Messini irqçi şüarlarına görə üzr istəməyə çağırdığı üçün işdən çıxarılıb: “Prezident Departamenti bilidirir ki, heç bir hökumət dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olan Argentinaya nə deyəcəyini, nə düşünəcəyini və ya nə edəcəyini deyə bilməz. Bu səbəbdən Xulio Qarro artıq idman nazirinin müavini deyil".
Xatırladaq ki, Argentina milli komandasının oyunçuları Amerika Kuboku-2024-ün finalında qalib gəldikdən sonra irqçi mahnı oxuyublar.