Fransada olimpiada zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Milli Antiterror Prokurorluğu məlumat yayıb.
Saxlanılan şəxs terrorçu qruplaşmada iştirakda şübhəli bilinir. Qeyd olunur ki, o, sosial şəbəkələrdəki mesajlarında xüsusən də idman yarışları zamanı cinayət əməlləri törətmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.